AzMİU-nun yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib -YENİLƏNİB -FOTOLAR

18 Dekabr 2025 15:16 (UTC+04:00)

Bu gün Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli rəsmi tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, bu əlamətdar tarix təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yolu deyil, eyni zamanda Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün mühüm göstəricisidir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək başlayıb.

Tədbirin açılış nitqini Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında, o universitet məzunlarını və əməkdaşlarını təbrik edərək başlayıb: "Mən burada olan məzunlarımızı, tələbələrimizi bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm. Və onlara bundan sonra universitetimizin fəaliyyətində, şəxsi həyatlarında böyük uğurlar arzulayıram". Daha sonra isə o çıxışına dava edərək bildirib ki, bu gözəl günün universitetimizin 50 illiyinə və Azərbaycan inşaat təhsilinin 105 illiyinə həsr olunmasından dolayı hər birinizi ürəkdən təbrik edirəm. Universitetimizin bayramında bizimlə bir yerdə iştirak etdiyinizə görə təşəkkür edib.

1920-ci ildə xalqın böyük siyasi xadimi Nəriman Nərimanovun imzaladığı 20 noyabr tarixli sərəncamla Bakıda Politexnik Universitetin yaradılması və onun tərkibində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının başlanması uzun illər ərzində formalaşmış bir zərurətdən irəli gəlirdi".

Daha sonra tədbirdə növbəti çıxışda Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında bildirdi ki, "Memarlıq və inşaat insanların həyatı ilə vəhdət təşkil edən sahədir. Bu sahədə insan yetişdirən alimlərimizə təşəkkür edirəm: "İstəsəkdə istəməsək də gələcək kifayət qədər rəqabətli olacaq: "İstənilən təhsil müəssisəsi özünün istiqamətindəki rəqabətə hazır olmalıdır. Dövr kifayət qədər sürətlidir. İnkişafın əsas təməli ədalətli rəqabətdir. Rəqabət və əməkdaşlıq bir-birilə vəhdət təşkil edir. İki alim rəqabət aparıb əməkdaşlıq etmirsə orada inkişaf olmur.Heç bir ali təhsil müəssisəsi öz-özünə tək inkişaf edə bilməz. Dövlət qurumlarının dəstəyi öz yerindədir. Özəl sektorla ali təhsil müəssisələri arasında əməkdaşlığa universitetlərin ehtiyacı var,- deyə nazir deyib.

Daha sonra AzMİU ötən 50 il ərzində minlərlə yüksək ixtisaslı mühəndis, memar və dizayner yetişdirərək ölkənin sosial-iqtisadi inkişafına, şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə dair video-çarx nümayiş olunub. .

Yubiley tədbirində dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, universitetin professor-müəllim heyətinin və məzunlarının iştirak ediblər və universitetin 50 illik yubuileyi münasibəti ilə təbriklərini çatdırıblar. Tədbir çərçivəsində AzMİU-nun zəngin tarixi irsi, elmi-pedaqoji nailiyyətləri və gələcək inkişaf strategiyasını əks etdirən təqdimatlar, həmçinin rəsmi çıxışlar baş tutub. Tədbirin Sonunda Universitet tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanaraq cənab Prezidentə universitet tərəfindən dərin təşəkkürlərini bildiriblər.