Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib

18 Dekabr 2025 14:21 (UTC+04:00)

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib.

SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə institutun aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər:

Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu

Eyvazov Təyyar Haşım oğlu

Əfəndiyev Akif Zahid oğlu

Meybəliyev Məmmədəli Tələt oğlu

Məmmədova Nailə Yusif qızı

Mirzə-zadə Valeh Ağasafa oğlu.