Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

18 Dekabr 2025 12:42 (UTC+04:00)

Qusar rayon sakini Diana Təyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qusar Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Asif Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.