"Bu gün bizim universitetimiz üçün çox əhəmiyyətli bir gündür". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin 500 illik yubileyi zamanı jurnalistlərə müsahibəsi zamanı həmin universitetin rektoru Gülçöhrə Məmmədova deyib.
Onun sözlərinə görə, universitetimiz, Azərbaycan Memarlıq və İnşaat Universiteti, 50 illik yubileyini qeyd edir: "Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış bu universitet 50 il ərzində çox böyük inkişaf yolu keçmişdir. Və bu tədbir bir hesabat tədbiridir. Biz geniş ictimaiyyətə və öz kollektivimizə 50 il ərzində universitetin keçdiyi yol barədə danışacaq, Ədə etdiyimiz nailiyyətlər barədə və qarşıda duran vəzifələr barədə bəhs edəcəyik".