Sumqayıt şəhəri "Sumqayıt" gil yatağı, Göyçay rayonu "Göyçay" qum-çınqıl yatağı, Ağsu rayonu "Ağsuçay" qum-çınqıl yatağı, Ağdam rayonu "Şelli" və "Burundağ" üzlük daşı yataqları və İmişli rayonu "Bəhrəmtəpə II" qum-çınqıl yatağı auksion formasında hərraca çıxarılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yer təkindən istifadə ilə bağlı hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında olacaq.
Hərracda iştirak etmək üçün fiziki və hüquqi şəxslər müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31. Əlaqə nömrəsi: Tel: (012) 597-01-68 (daxili: 5005); Mob: (+994) 055 277-23-37
Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.