Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun daha bir matçı keçiriləcək

18 Dekabr 2025 09:59 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VII turun daha bir matçı keçiriləcək.

SİA-nın məlumatına görə, UNEC evdə "Gəncə" ilə qarşılaşacaq.

Görüş UNEC-in idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun açılış matçında "Azərreyl" "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub edib. Tura dekabrın 19-da yekun vurulacaq.