ABŞ Senatı 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi...

18 Dekabr 2025 08:21 (UTC+04:00)

...ABŞ Konqresinin yuxarı palatası çərşənbə günü 2026-cı il müdafiə büdcəsi layihəsini təsdiqlədi.

Yetmiş yeddi senator sənədin lehinə, 20 senator isə əleyhinə səs verdi.

SİA-nın məlumatına görə, indi Prezident Donald Tramp qanun layihəsini imzalamalıdır.

ABŞ Nümayəndələr Palatası ötən həftə qanun layihəsini təsdiqlədi.

3000 səhifədən çox olan qanun layihəsinə görə, 2026-cı il üçün müdafiə büdcəsi 900 milyard dollar təşkil edəcək. Qanun layihəsi, xüsusən də Kiyevə 400 milyon dollarlıq hərbi yardım nəzərdə tutur.

Bundan əlavə, sənəddə hərbçilərin maaşlarının artırılması, ABŞ-ın Çinə investisiyalarına məhdudiyyətlər qoyulması və Suriyaya qarşı sanksiyaların ləğvi tələb olunur.

Əli Babayev