Britaniya Baş naziri rusiyalı oliqarx Abramoviçə xəbərdarlıq etdi...

18 Dekabr 2025 03:22 (UTC+04:00)

...Sanksiya tətbiq edilən rusiyalı milyarder Roman Abramoviç, “Çelsi” Futbol Klubunun satışından Ukraynaya 2,5 milyard funt sterlinq və ya təxminən 3,09 milyard dollar köçürməsə, məhkəməyə veriləcək.

SİA xəbər verir ki, bu barədə The Guardian qəzetinin verdiyi məlumata görə, Britaniya Baş naziri Keir Starmer bildirib. London “Çelsi” müqaviləsindən əldə edilən vəsaitin Ukraynanın humanitar ehtiyaclarına köçürülməsi üçün rəsmi təlimatlar vermək niyyətindədir.

Starmer vurğulayıb ki, bu, Abramoviçin öhdəliklərini yerinə yetirmək üçün son şansıdır; əks halda hakimiyyət orqanları məhkəməyə verilməyə hazırdır.

Britaniya Baş naziri bildirib: "Abramoviçə mesajım budur: vaxt azalır, öhdəliyini yerinə yetirin və indi ödəyin. Əgər etməsəniz, hər qəpiyin Putinin qanunsuz müharibəsi nəticəsində həyatını viran edənlərə getməsini təmin etmək üçün məhkəməyə verilməyə hazırıq".

Qeyd edək ki, Abramoviç 2022-ci ilin mart ayının əvvəlində “Çelsi”ni satmaq niyyətini açıqlayıb və may ayında müqaviləni başa çatdıraraq kluba 5,4 milyard dollar qazandırıb.

Daha sonra o, satışdan əldə edilən bütün xalis gəliri əldə etmək və Ukraynadakı müharibə qurbanlarına kömək etmək üçün xeyriyyə fondu yaratmağı təklif edib.

Britaniya hökuməti milyarderə Ukraynadakı müharibədən zərər çəkənlərə dəstək olmaq üçün gəlirdən istifadə etmək şərti ilə “Çelsi”ni satmaq üçün lisenziya verib.

Hazırda satışdan əldə edilən gəlir Abramoviçə məxsus olan Çelsinin keçmiş ana şirkəti olan Fordstam Ltd-nin bank hesabında dondurulmuş vəziyyətdədir.

Əli Babayev