Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı

17 Dekabr 2025 19:07 (UTC+04:00)

FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mundialın mükafat fondu 727 milyon ABŞ dolları təşkil edir. Məbləğin 655 milyon dolları turnirin iştirakçısı olan 48 ölkənin yığmasına ödəniləcək. Bu isə DÇ-2022 ilə müqayisədə 50 faiz artım deməkdir.

Mundialın qalibi 50, finalda uduzan 33, üçüncü yerin sahibi 29, dördüncü yeri tutan komanda 27 milyon dollar qazanacaq. 5-8-ci yerlər üçün 19, 9-16-cı yerlər üçün 15, 17-32-ci yerlər üçün 11, 33-48-ci yerlər üçün 9 milyon dollar mükafat veriləcək.

Bundan əlavə, final mərhələsinə vəsiqə qazanan hər bir yığma hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Beləliklə, DÇ-2026-nın bütün iştirakçılarına ən azı 10,5 milyon avro ödəniləcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək