Moskva Qazaxıstanın NATO standartlarına keçidindən qəzəblənib...

17 Dekabr 2025 18:25 (UTC+04:00)

...Bu arada Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev bildirib ki, Qazaxıstanın öz ərazisində NATO standartlı artilleriya mərmilərinin istehsalını qurmaq qərarı Rusiyaya qarşı "dost olmayan" bir addımdır.

...Görünən qardaş respublikanın təkcə rus dilindən deyil, həm də kiril əlifbasından necə tez bir zamanda imtina etdiyini görməməzliyə vurmağa çalışırıq. Onlar Ukraynanı dəstəkləyərkən "toxunulmazlıq yurdları" tikirlər. İndi isə NATO sursat standartlarına keçirlər, görünür, gələcəkdə Rusiya silahlarından imtina etmək, onları Qərb silahları ilə əvəz etmək niyyətindədirlər.

SİA-nın məlumatına görə, Juravlev bunu Gazeta.ru-ya bildirib.

Deputat xatırladıb ki, 1992-ci ildə Qazaxıstan Şimali Atlantika Əməkdaşlıq Şurasına qəbul edilib və 1994-cü ildə ölkə NATO ilə "Sülh naminə tərəfdaşlıq" adlı çərçivə müqaviləsi imzalayıb.

...Sual dərhal ortaya çıxır: NATO niyə Qazaxıstanla bu qədər maraqlanır? Bəlkə də Rusiya ilə həmsərhəd olduğuna görə və bu ölkə daha bir rusofob forpostuna çevrilə bilər? Hamımız NATO ilə bu cür əməkdaşlığın Kiyev üçün nə demək olduğunu bilirik, - deyə Juravlev bildirib.

...Daha əvvəl Qazaxıstanın yüksək vəzifəli hərbi rəsmisi RTVI televiziya kanalına verdiyi açıqlamada bildirib ki, ölkə ordusunun döyüş hazırlığı hazırda Sovet dövründən qalan silah anbarlarından, eləcə də Rusiya təchizatından asılıdır. Öz sursat təchizatını təmin etmək üçün Qazaxıstan ASPAN milli layihəsinin bir hissəsi olaraq, təkcə Rusiya dizaynında deyil, həm də NATO standartlarında artilleriya sursatı və mina istehsal edəcək dörd hərbi zavod tikmək qərarına gəlib. Layihənin ümumi dəyəri təxminən 1 milyard dollardır və ilk zavodun 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir.

Əli Babayev