ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər Arktika hava temperaturu 1900-cü ildən bəri ən yüksək olub.
NOAA-nın məlumatına görə, hava və suyun temperaturunun artması buzlaqların əriməsinə və Arktika mənzərəsində dəyişikliklərə səbəb olub.
Nəticə etibarilə, dəniz səviyyəsinin yüksəlməsi sürüşmə və sunami riskini yaradır.
Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularını çirkləndirir.
Bunu da NOAA qeyd edir.
...Və həmçinin qeyd olunur ki, Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri risk altında ola bilər. Hesabatda həmçinin bildirilir ki, son onillik Arktika üçün qeydə alınmış ən isti onillik olub.
Nazlı Almuradova