“Orqan transplantasiyası olunmuş xəstələrə qulluğun əsas prinsipləri” mövzusunda tibb bacıları üçün növbəti təlim keçirilib

17 Dekabr 2025 16:38 (UTC+04:00)

17 dekabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq Mərkəzi Gömrük Hospitalının tibb bacıları üçün növbəti təlim keçirilib.
Təlimdə Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin həkim-nefroloqu Şəbnəm Qədiməliyeva “Orqan transplantasiyası olunmuş xəstələrə qulluğun əsas prinsipləri” mövzusunda geniş təqdimatla çıxış edib. Dr.Şəbnəm Qədiməliyeva təqdimatında orqan transplantasiyasının növləri, çarpaz transplantasiya, tibb bacılarının diqqət etməli olduqları məqamlar, vital monitorinq və infeksiyaya nəzarət barədə ətraflı məlumat verib və tibb bacılarını maraqlandıran sualları cavablandırıb. Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.