Vetoya görə Ukrayna hazırda Avropa İttifaqı ilə rəsmi üzvlük danışıqlarına başlaya bilmir. Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxan Macarıstan Aİ-nin genişlənmə prosesi ilə bağlı illik bəyanatını bloklayıb. Baş nazir Viktor Orbanın hökuməti Ukraynanın Avropaya inteqrasiya istiqamətində səylərinin müsbət qiymətləndirilməsini dəstəkləmədiyini, hazırda Aİ-yə sədrlik edən Danimarka çərşənbə axşamı, dekabrın 16-da Brüsseldə keçirilən məsləhətləşmələrdə elan ediB.
Aİ-nin qalan üzv ölkələri Ukraynanın Brüsselin tələblərini yerinə yetirməkdə irəliləyiş əldə etdiyini təsdiqləyib. "Macarıstanın veto qoyması o deməkdir ki, Ukrayna hələ də Aİ ilə rəsmi üzvlük danışıqlarına başlaya bilməz. Bununla belə, Ukraynanın üzvlük şərtləri ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr artıq aparılır", - Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerre qeyd edib.
Xatırladaq ki, prezident Vladimir Zelenski Ukraynanın yaxın aylarda Aİ-yə üzvlük danışıqlarında nəzərəçarpacaq irəliləyiş gözlədiyini bildirib.
VƏLİ