...Rusiyalı televiziya aparıcısı və həkim Yelena Malışeva Birinci Kanalda yayımlanan “Sağlam yaşayın!” verilişində qırmızı kürünü yoxlamaq üçün sadə bir üsul təsvir edib.
O, məhsulun keyfiyyətini müəyyən etmək üçün üzərinə isti su tökməyi təklif edib.
SİA-nın məlumatına görə, həkim izah edib ki, kürünü stəkana qoymaq və isti su ilə örtmək lazımdır.
...yaxşı əlamət suyun bulanıqlaşması və yumurtaların ağarmasıdır.
Əgər yumurtalar narıncı qalırsa, daməli, məhsul qüsurlu hesab olunur.
SİA xatırladır ki, bir müddət bundan əvvəl başqa bir mütəxəssis Regina Qurina da oxşar bir testdən danışmışdı.
O izah etmişdi ki, isti suda təbii kürünün tərkibindəki zülallar laxtalanır və bu da yumurtaların ağarmasına səbəb olur, suyun özü isə demək olar ki, şəffaf qalır.
Əgər su parlaq rəngə çevrilirsə və kürü ağarırsa, bu, boyaların istifadə edildiyini göstərir.
Əgər kürü rəngini dəyişmirsə və ya tamamilə həll olursa, bu, süni saxtakarlığa işarə edir.
Mütəxəssis həmçinin məhsulun təravətini fiziki olaraq yoxlamağı tövsiyə tdib.
Bunu etmək üçün bir neçə yumurtanı sərt bir səthə atın. Yüksək keyfiyyətli kürünün yaylı teksturası var - yumurtalar sıçramalıdır. Əgər onlar ləkə salırlarsa, məhsul standartlara cavab vermir.
Nazlı Almuradova