Növbəti köç karvanları Ağdamın Xıdırlı kəndinə və Hadruta çatıb

17 Dekabr 2025 13:57 (UTC+04:00)

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

SİA-nın məlumatına görə, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub.