Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova 12-14 dekabr 2025-ci il tarixlərində Türkiyənin Genital Estetik Cərrahiyyə və Seksologiya üzrə Beynəlxalq Cəmiyyətin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən II Genital Estetik və Rejenerativ Müalicələr Konqresində iştirak edib.
Konqresdə qadın sağlamlığında genital estetik yanaşmalar, rejenerativ tibbin müasir imkanları, innovativ müalicə metodları, minimal invaziv texnologiyalar, lazer və PRP tətbiqləri, həmçinin cinsi sağlamlıq və həyat keyfiyyətinin artırılmasına yönəlmiş aktual mövzular müzakirə olunub, genital estetik və rejenerativ müalicələr sahəsində ən son yeniliklər, klinik protokollar və müalicə yanaşmalar mövzularında təqdimatlar edilib.