Sumqayıtda 700 abonentin qazı kəsiləcək

17 Dekabr 2025 11:13 (UTC+04:00)

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində ŞQTM-nin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.