London Kiyevə 805 milyon dollar ayırıb...

17 Dekabr 2025 08:19 (UTC+04:00)

...Böyük Britaniya hökuməti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 805 milyon dollar ayırıb.

Bu barədə Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Con Heli Ukraynaya hərbi təchizat üzrə Rammstein Əlaqə Qrupunun iclasında çıxışı zamanı bildirib.

SİA xəbər verir ki, bu barədə Sky News telekanalında yayımlanan məlumatda bildirilib.

Nazir bəyan edib ki, "Bu gün Böyük Britaniyanın Ukraynanın hava hücumundan müdafiəsinə qoyduğu ən böyük illik investisiyanı təsdiqləyə bilərəm: 600 milyon funt sterlinq (805 milyon dollar) və minlərlə hava hücumundan müdafiə sistemi, raketlər və avtomatlaşdırılmış dron öldürən qüllələr".

Heali əlavə edib ki, silah tədarükü bu il başlayacaq və 2026-cı ilə qədər davam edəcək.

O, həmçinin bildirib ki, Böyük Britaniya Ukraynaya yeni Octopus tutucu dronları verməyi planlaşdırır.

Əli Babayev