Ukrayna Təhlükəsizlik Xidməti Filip Kirkorovu axtarışa verib...

17 Dekabr 2025 07:21 (UTC+04:00)

...Ukrayna Təhlükəsizlik Xidməti müğənni Filip Kirkorovu axtarışa vermişdi. Onun profili oktyabr ayının sonunda agentliyin məlumat bazasında peyda oldu.

Elə həmin ay sənətçiyə "Ukraynaya giriş qaydalarını dəfələrlə pozmaq" ittihamı irəli sürüldü. Kirkorovun axtarış siyahısı 30 oktyabrda Ukrayna Təhlükəsizlik Xidmətinin məlumat bazasına əlavə edildi, lakin bu məlumat yalnız indi ictimaiyyətə açıqlandı.

SİA-nın məlumatına görə, bir neçə gün əvvəl bildirildi ki, Ukrayna Təhlükəsizlik Xidməti müğənnini işğal olunmuş Krımda və qondarma "DXR"də çıxış etdiyinə görə qiyabi ittiham edib.

O, "Ukraynaya giriş qaydalarını dəfələrlə pozmaqda" ittiham olunurdu.

2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski 34 nəfərin dövlət mükafatlarından və titullarından məhrum edilməsi barədə fərman imzaladı.

Onların arasında Ukraynanın Xalq Artisti titulundan məhrum edilmiş Filip Kirkorov da var idi.

Əli Babayev