Le Pen Makrona müraciət edib...

16 Dekabr 2025 18:35 (UTC+04:00)

Fransa Qanunvericilik Assambleyasının üzvü Marin Le Pen prezident Emmanuel Makronu AB ilə Cənubi Amerika bazarı Mercosur arasında ticarət müqaviləsinə "yox deməyə" çağırıb.

SİA xəbər verir ki, RİA Novosti bu barədə BFMTV televiziya kanalına istinadən məlumat verir.

Le Penin sözlərinə görə, Makron müqavilə üzrə səsverməni təxirə salmaq əvəzinə, dərhal onu rədd etməlidir.

Səsvermə hazırda 18 və 19 dekabr tarixlərinə planlaşdırılıb, lakin mediada Fransa və İtaliyanın müzakirəni təxirə salmağı təklif edə biləcəyi barədə məlumatlar yayılıb.

...Səsverməni təxirə salmağa ehtiyac yoxdur. Biz (Makron - redaktorun qeydi) yox deməliyik, çünki bu, kənd təsərrüfatımızın yaşaması və deməli, ölkəmizin suverenliyi ilə bağlıdır, - deyə o bildirib.

Le Pen həmçinin əlavə edib ki, Makron Fransa üçün məqbul bir müqavilə tapılana qədər bu məsələ ilə bağlı AB institutlarının işini sabotaj edə bilər.

Mercosur Cənubi Amerika ölkələrinin ortaq bazarıdır. O, 250 milyon insanı bir araya gətirir və qitənin ümumi ÜDM-nin 75 faizdən çoxunu təşkil edir.

Xatırladaq ki, Braziliyada keçirilən iqlim konfransı zamanı Makron Aİ ilə Merkosur arasında sərbəst ticarət təklifini dəstəkləmişdi. Bu, onun əvvəlki açıqlamaları ilə kəskin ziddiyyət təşkil edir, çünki o, bu cür razılaşmalara qarşı çıxacaq, çünki onlar fransız fermerlərinə zərər verə bilər.

Əli Babayev