Bakı 2026-cı il “Dünya İdman Paytaxt”ı elan olunub.
SİA xəbər verir ki, bu münasibətlə dekabrın 16-də dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtlar”ı xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
“Dünya İdman Paytaxt”ı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ACES-nin prezidenti Can Fransesko Lupattelli, qurumun baş katibi, Huqo Alonso Kastanon və Monaka knyazlığının sabiq təhsil, gənclər və İdman naziri İzabella Klaude Aline Bonnal iştirak ediblər.
“İdman Paytaxtı” layihəsi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixo-fiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.