Mask termoyadro reaktorlarına alternativ adlandırdı…

16 Dekabr 2025 21:16 (UTC+04:00)

...Sahibkar Elon Mask insanları kiçik termoyadro reaktorlarının tikintisinə resursları israf etmək əvəzinə, Günəşin sərbəst enerjisindən istifadə etməyə çağırıb.

SİA xəbər verir ki, iş adamı bunu X sosial media səhifəsində yazıb.

...Günəş səmada nəhəng, sərbəst termoyadro reaktorudur. Yer üzündə kiçik termoyadro reaktorlarının tikintisi tamamilə cəfəngiyatdır, - deyə sahibkar yazıb.

O, hesab edir ki, hətta dörd Yupiteri yandırsaq belə, Günəş yenə də Günəş sistemində istehsal olunan bütün enerjinin demək olar ki, 100 faizini təşkil edəcək.

Mask “acınacaqlı kiçik reaktorlara” pul xərcləməyə son qoymağa çağırdı.

Əli Babayev