“Neftçi”nin futbolçusu Benin millisinə dəvət alıb

16 Dekabr 2025 15:48 (UTC+04:00)

“Neftçi”nin futbolçusu Sessi D’Almeyda milliyə dəvət alıb.

Klubdan SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi Benin seçməsinin Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya çağırılıb.

D qrupunda yer alan Benin kollektivi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-də start götürəcək.