“Qarabağ” azarkeşlərinə görə cərimələnib

16 Dekabr 2025 15:20 (UTC+04:00)

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

SİA xəbər verir ki, buna Ağdam klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

“Qarabağ” fanatların davranışına görə 3000 manat cərimə ödəyəcək.

“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.