Lənkəranda Dünya Basketbol Gününə həsr olunan turnir keçirilib

16 Dekabr 2025 14:48 (UTC+04:00)

Lənkəranda 21 Dekabr – Dünya Basketbol Gününə həsr olunan Lənkəran-Astara regionunun açıq turniri uğurla başa çatıb. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, turnirdə 2011-2012 və 2013-2015-ci il təvəllüdlü idmançılar arasında Cəlilabad, Lənkəran və Bakı şəhərindən ümumilikdə 12 komanda iştirak edib. Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib, komandalar bütün oyunlarda öz bacarıqlarını nümayiş etdiriblər.

Turnirdə komandalararası əməkdaşlıq və dostluq ruhunu inkişaf etdirmək üçün əla imkan olub. Yarış çərçivəsində hər bir komandanın üzvləri yüksək motivasiya ilə çıxış edərək basketbolun qaydalarını və idman intizamını nümayiş etdiriblər.

Qalib komandalara diplomlar və hədiyyələr təqdim edilib, həmçinin turnirin keçirilməsi zamanı gənc idmançılar üçün motivasiyaedici çıxışlar və basketbol üzrə ustad dərsləri təşkil olunub.