Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanılıb

16 Dekabr 2025 14:17 (UTC+04:00)

Bakının Xətai rayonunda 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs müəyyən edilib.

SİA xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb.

Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.