Naxçıvanda zəncirvari qəza baş verib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin İstiqlal küçəsində qeydə alınıb.
Şəhərdaxili marşrut avtobusu yoldan çıxararaq əvvəlcə "Opel" markalı avtomobillə toqquşub. Sonra avtobus yol kənarında dayanan "NAZ-Lifan", "Toyota" və "Changan" avtomobillərinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 5 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.