Rutte və fon der Leyen Berlində danışıqlara qoşulacaqlar...

16 Dekabr 2025 08:21 (UTC+04:00)

...Reuters xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte və Britaniya, İtaliya, Hollandiya, Polşa və İsveç liderləri Rusiyanın Ukrayna ilə müharibəsini həll etmək üçün Berlində danışıqlara qoşulmağı planlaşdırırlar.

SİA-nın məlumatına görə, El Mundo xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz də danışıqlarda iştirak edəcəklər.

İspaniya Baş naziri isə iştirak etməyəcək.

Fon der Leyen və Britaniya Baş naziri Keyr Starmerin sözlərinə görə, Ukrayna danışıqlarında artıq "dönüş nöqtəsi" əldə edilib.

Daha əvvəl, 12 dekabrda AB Rusiyanın aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarına gəlmişdi.

18 dekabrda AB liderləri Rusiya aktivlərindən istifadə edərək Ukraynaya təzminat kreditinin təfərrüatları barədə razılığa gəlmək üçün görüşməlidirlər.

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Berlində danışıqlar 14 dekabrda başlayıb və beş saatdan çox davam edib.

Tərəflər 15 dekabrda işlərini davam etdiriblər. Görüş təxminən iki saat davam edib. Hər iki tərəf danışıqlarda əldə edilən irəliləyişi qeyd edib.

Əli Babayev