Azərbaycan Əlcəzairdə keçirilən beynəlxalq sərgidə təmsil olunub

15 Dekabr 2025 19:01 (UTC+04:00)

Əlcəzairdə Misirin Əlcəzairdəki səfirliyinin və Əlcəzairdə akkreditə olunmuş səfirlərin xanımlarını bir araya gətirən Diplomatların Xanımlarının Assosiasiyasının (AFDA) təşkilatçılığı ilə beynəlxalq sərgi və dəfilə təşkil olunub.

SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Bəhreyn, Küveyt, Malayziya, Rusiya və bir sıra Afrika ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə hər kəs öz musiqisini, bayrağını və milli geyimlərini təqdim edib.

Tədbirdə ölkəmizi Əlcəzairdə yaşayan soydaşımız Xumar Nəbiyeva və Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Şəms Nəbiyeva təmsil ediblər.