Qərb Zelenskinin münaqişəyə son qoymaq tələblərini tənqid edib..?

15 Dekabr 2025 18:36 (UTC+04:00)

Kiprli jurnalist Aleks Xristoforu Vladimir Zelenskini Rusiya ilə münaqişəyə son qoymaq üçün təhlükəsizlik zəmanətləri tələb etdiyinə görə tənqid edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, jurnalist bu açıqlamanı özünün X sosial media hesabında (əvvəllər Twitter) paylaşımında verib.

Xristoforunun qeyd etdiyi kimi, Zelenski ABŞ, Avropa, Kanada və Yaponiyadan məcburi təhlükəsizlik zəmanətləri müqabilində NATO-dan imtina etməyə hazırdır.

Başqa sözlə, bu o deməkdir ki, Ukrayna yalnız NATO və Yaponiyadan dəstək aldığı təqdirdə Şimali Atlantika Alyansına qoşulmaq istəklərindən imtina etməyə hazırdır, deyə jurnalist aydınlaşdırıb.

Xristoforu əlavə edib ki, Kiyev lideri heç kəsi yalançı güzəştlərlə aldada bilməyəcək.

Əli Babayev