...Rusiyada onlayn oyun platforması Roblox-un bloklanmasına qarşı Tomskda piket keçirilib.
SİA xəbər verir ki, yerli nəşr Tomsk.ru-nun ilkin məlumatlara istinadən verdiyi məlumata görə, 14 dekabr bazar günü Vısotski küçəsində keçirilən tədbirdə 50-dən çox insan iştirak edib.
Polis iki etirazçını saxlayıb, onlardan biri ekstremist simvollar nümayiş etdirməkdə şübhəli bilinərək polis bölməsinə aparılıb.
Etiraz aksiyasında həm Roblox qadağasının tərəfdarları, həm də əleyhdarları iştirak edib.
Bəziləri oyun platformasının uşaqlara faydalı təsiri barədə fikirlərini bildiriblər.
Digərləri Roblox-un xarici mənşəyinə işarə edərək "Rusiya istehsalçılarına dəstək" çağırışı ediblər.
Piket yerli fəal Anton İsakov tərəfindən təşkil edilib və hakimiyyət orqanları onun keçirilməsinə icazə verib. Roskomnadzor dekabrın əvvəlində "uşaqlar arasında populyar olan xidmət" vasitəsilə ekstremist materialların yayılmasını əsas gətirərək Roblox-u bloklayıb.
Nazlı Almuradova