"Ümumiyyətlə, istifadə müddəti bitməyə az qalmış məhsulların taleyi necə olur? Birincisi, bunu marketlərdə, şirkətlərdə və yaxud da şirkətlərin anbarlarında araşdıraq". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, bəzi məhsullar şirkət tərəfindən marketlərə yerləşdirilir — istifadə müddətinə az qalmış məhsullar: "Əgər məhsulun istifadə müddətinə az vaxt qalıbsa və məhsulun saxlama şəraiti normaldırsa (soyuq qida zənciri pozulmayıbsa), məhsulun üzərindəki etiket məlumatlarına toxunulmayıbsa və müştəri açıq şəkildə görürsə ki, bu məhsulun istifadə müddətinin bitməsinə, məsələn, 5 gün, 20 gün və ya 1 ay qalıbsa, bu zaman problem yoxdur. Müştəri məhsulu aldığı tarixə görə istifadə müddətini görür və buna əsasən istifadə edir.
Əgər saxlama şəraitində problem yoxdursa və məhsul zədələnməyibsə, burada risk məsələsi yoxdur.
Amma əgər bu məhsulların istifadə və ya son istifadə tarixi bilərəkdən gizlədilirsə, etiket hissəsi cırılıb götürülürsə, soyutma və ya isti zəncirə əməl olunmursa, saxlama şəraitinə riayət edilmirsə və daşınma zamanı problem yaranırsa, bu məhsulların istifadəsi həm risklidir, həm də istifadəçilər üçün xəstəlik mənbəyinə çevrilə bilər.
Digər tərəfdən, əgər bu məhsullar ayrıca, endirimli formada, başqa məhsullardan fərqli rəflərdə yerləşdirilirsə və üzərində istifadə müddəti açıq şəkildə göstərilirsə, burada artıq müştəri özü seçim edir. Yəni məhsul hələ istifadə müddətini bitirməyib, sadəcə bitməsinə az vaxt qalıb. Müştəri bunu görür və qərar verir ki, bu məhsulu alıb 5–10 gün ərzində istifadə edə bilər.
Yox əgər bu məhsullar bilərəkdən digər məhsulların, yəni istifadə müddəti daha uzun olan məhsulların arasına qarışdırılırsa və birgə satılırsa, xüsusilə də konservlər, konservləşdirilmiş ət və balıq məhsulları, toyuq ətləri kimi məhsullar olduqda, bu zaman risk artır. Müştəri istifadə müddətinə baxır və yanlış təəssürat yaranır ki, bütün məhsullar eyni müddətə qədər istifadə oluna bilər. Beləliklə, bu hal artıq müştərinin aldadılması hesab oluna bilər.
Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə, əgər bu məhsullar ayrıca, endirimli formada, başqa məhsullardan fərqli rəflərdə yerləşdirilirsə və üzərində istifadə müddəti açıq şəkildə göstərilirsə, burada artıq müştəri özü seçim edir. Yəni məhsul hələ istifadə müddətini bitirməyib, sadəcə az vaxt qalıb. Müştəri görür və qərar verir ki, bu məhsulu alıb 5–10 gün ərzində istifadə edə bilər.
Yox əgər bu məhsullar bilərəkdən digər məhsulların, yəni istifadə müddəti daha uzun olanların arasına qarışdırılırsa və birgə satılırsa, xüsusilə də konservlər, konservləşdirilmiş ət və balıq məhsulları, toyuq ətləri kimi məhsullar olduqda, bu zaman risk artır. Müştəri istifadə müddətinə baxır və yanlış təəssürat yaranır ki, bütün məhsullar eyni müddətə qədər istifadə oluna bilər. Beləliklə, bu artıq müştərinin aldadılması hesab oluna bilər".