Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib

15 Dekabr 2025 13:45 (UTC+04:00)

Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin "Atletika" üzrə məşqçi müəllimi, Vüqar Atayev vəfat edib.

Bu barədə SİA-ya Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

O, yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.