Nyu-York birjasında təbii qazın qiyməti artıb

15 Dekabr 2025 09:54 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA xəbər verir ki, 2026-cı ilin yanvar ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.68% artaraq 4,18 ABŞ dolları təşkil edib.