Qubada kişi dəm qazından boğulub

15 Dekabr 2025 09:30 (UTC+04:00)

Qubada kişi dəm qazından boğulub.

SİA xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

Rayon sakini Vüqar Atayev evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.