“Qiyamət Radio” stansiyası (DRS-76) tərəfindən yayımlanan mesajlar mümkün qlobal müharibə ilə bağlı narahatlıqlar doğurur. Britaniyanın "Express" qəzeti belə bir münaqişənin bir işarəsini müəyyən edib.
SİA-nın məlumatına görə, məqalədə qeyd olunur ki, son bir həftə ərzində DRS-76 təxminən 15 qeyri-adi mesaj yayımlayıb və bu da "III Dünya Müharibəsinin mümkün başlanması qorxusunu artırır".
Xüsusilə, qəzet "bibər çalxalayıcı", "perenayem", "rüsvayçı", "spinobaz" və bir neçə başqa sözə istinad edib.
Məqalədə həmçinin iddia edilir ki, “Qiyamət Radiosu” qlobal böhran dövründə daha tez-tez mesajlar yayımlamağa başlayır. Daha əvvəl DRS-76-nın əvvəllər efirdə eşidilməyən "Bermuda" sözünü yayımladığı bildirilirdi.
...10 dekabrda “Qiyamət Radio” stansiyası qəfildən aktivləşdi və gün ərzində hər birində 20 söz olan 15 mesaj ötürdü ki, bunların heç biri əvvəlki verilişlərdə görünməmişdi.
Əli Babayev