Azərbaycan və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

14 Dekabr 2025 09:15 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla pakistanlı həmkarı İshaq Dar arasında görüş olub.

SİA xəbər verir ki, bu barədə İ. Dar "X" sosial şəbəksində paylaşım edib.

Sir Bani Yas Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində baş tutan görüşdə regional və ikitərəfli məsələlər müzkaiər edilib.