SİA xəbər verir ki, “Rzeczpospolita” qəzetinin məlumatına görə, Polşa Prezidenti Karol Navrocki prezident sarayında Hanukka bayramını qeyd etmək ənənəsinə son qoyub.
Qəzet bildirib ki, Yeni Prezident Karol Navrocki yəhudilərin Hanukka bayramını qeyd etmək ənənəsindən uzaqlaşır. "Rzeczpospolita" qeyd edir ki, Polşadakı yəhudi icması prezident sarayından heç bir dəvət almayıb.
Qəzet ehtimal edir ki, Navrockinin qərarı, 2023-cü ildə Seymdə baş verən hadisədən sonra davam edən gərginliyi nəzərə alaraq, ifrat sağçı baxışlı seçicilərin dəstəyini qazanmaq istəyi ilə əlaqələndirilə bilər.
Avropa Parlamentinin üzvü Qjeqoj Braun Hanukka şamlarını yanğınsöndürənlə söndürüb.
Braun parlament toxunulmazlığından məhrum edilib və hərəkətlərinə görə məsuliyyət daşıyacaq.
Hanuka bazar günü gün batanda başlayır.
Təxminən 20 il əvvəl Prezident Lex Kaçinski bayramı prezident iqamətgahında qeyd etməklə bu ənənənin təməlini qoymuşdu.
Kaçinskinin varisləri Bronislav Komorovski və Andjey Duda da bu təcrübəni davam etdirərək Polşanın baş ravvini Mixael Şudriçi mərasimlərə dəvət etmişdilər.
...Qeyd edilməlidir ki, Hanuka ən parlaq və ən sevincli yəhudi bayramlarından biridir. Onun adı "müqəddəsləşdirmə" mənasını verən "xanukkat" sözündən gəlir...
Əli Babayev