...Bolqarıstan, İtaliya və Malta 18-19 dekabr tarixlərində keçiriləcək Aİ sammitində dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə edilməsi qərarının qarşısını almaqda Belçikanı dəstəkləyəcəklər.
SİA xəbər verir ki, bu barədə Politico nəşrin əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, dörd ölkə Avropa Komissiyasına (Aİ) təzyiq göstərmək və Ukrayna üçün alternativ maliyyələşdirmə variantları təklif etmək üçün birləşəcək.
...Bu səsvermə (12 dekabrda Aİ-nin Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulması ilə bağlı sammitində – TASS) heç bir halda liderlər səviyyəsində qəbul edilməli olan dondurulmuş Rusiya aktivlərinin mümkün istifadəsi ilə bağlı qərarı əvvəlcədən müəyyən etmir, - deyə dörd ölkənin Aİ-yə göndərmək niyyətində olduğu sənəddə bildirilir.
12 dekabrda Avropa İttifaqı Şurası Rusiyanın suveren aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarı qəbul edib.
Aİ planına əsasən, aktivlərin qeyri-müəyyən müddətə dondurulması Kiyev üçün "təzminat krediti" sxemi adı altında Rusiya aktivlərinin müsadirəsinin ilk mərhələsidir.
Əli Babayev