…Time jurnalı Sem Altmanı, Elon Maskı, Mark Zukerberqi, Nvidia şirkətinin baş direktoru Censen Huanqı və digər texnologiya sənayesi liderlərini "İlin adamı 2025" xüsusi layihəsi çərçivəsində "Süni sntellektual maşın memarları" adlandırıb.
SİA xəbər verir ki, jurnala görə, bu gün süni intellektin inkişafını formalaşdıran qəhrəmanların siyahısına DeepMind şirkətinin baş direktoru Demis Hassabis, Anthropic şirkətinin baş direktoru Dario Amodei, ImageNet şirkətinin təsisçisi Fei-Fei Li və AMD şirkətinin baş direktoru Lisa Su da daxildir.
Time jurnalının yeni sayında süni intellektin gündəlik həyatı necə dəyişdirdiyini göstərən onlarla rəhbər və mühəndis, iqtisadçı və siyasətçi, sənətçi və investor, yeniyetmə və neyron şəbəkələrinin digər istifadəçiləri ilə müsahibələr yer alıb.
Biz #AIISSUE adlı xüsusi layihəmizdə neyron şəbəkələrinin yaradıcı və media sənayesini necə dəyişdirdiyini araşdırırıq.
Nazlı Almuradova