...Rusiyalı kardioloq Nikolay Qulyayev ciddi zərər vermədən nə qədər spirtli içki qəbul edilə biləcəyini izah etdi.
SİA xəbər verir ki, o, bu barədə RİA Novosti-yə verdiyi müsahibədə danışıb.
Kardioloq qeyd edib ki, 50-70 qram güclü spirtli içki məqbul porsiya hesab olunur.
Bununla belə, o, hətta bu miqdar belə ürəyə, damar sisteminə və qaraciyərə yükü artırdığını vurğulayıb. Ekspert elmi məlumatlara və müstəqil tədqiqatlara istinad edib.
Onun sözlərinə görə, təhlükəsiz miqdarda spirtli içki yoxdur. Qulyayev belə bir nəticəyə gəlib ki, spirtli içkidən tamamilə imtina etmək daha yaxşıdır.
Əgər insan içmək qərarına gəlirsə, bu, ayda bir və ya iki dəfədən çox olmamalıdır.
Doza minimal olmalıdır.
Kardioloq əlavə edib ki, spirtli içki heç vaxt ürək üçün “dərman” kimi istifadə edilməməlidir.
Əli Babayev