Palma yağı zərərli deyil..?

13 Dekabr 2025 22:54 (UTC+04:00)

...Hökumət qeyd etdi ki, palma yağının zərərli təsirlərinə dair heç bir elmi dəlil təqdim edilməyib.

Rusiya cəmiyyətində (...təkcə cəmiyyətindəmi..?) palma yağının sağlamlığa faydaları ilə bağlı müzakirələr mütəmadi olaraq baş verir.

Bu məhsulun əleyhdarları, qida sənayesində ən ucuz inqrediyentlərdən biri olmasına baxmayaraq, onun insan sağlamlığına zərərli olduğunu sübut etməyə çalışırlar.

SİA xəbər verir ki, məsələ Rusiya Dövlət Dumasına da çatıb və Rusiya deputatları hökumətə onun qida məhsullarında istifadəsinin qadağan edilməsi tələbi ilə müraciət etdiblər.

Bir qədər müzakirədən sonra Nazirlər Kabineti məsələyə son qoymaq qərarına gəlib.

Maraqlıdır ki, hökumət deputatların tələbini qəti şəkildə rədd edib.

Mişustinin departamenti bildirib ki, palma yağının istehsalı, daşınması, saxlanması və istifadəsi ilə bağlı Rusiya qanunları məhsulun həm böyüklər, həm də uşaqlar üçün təhlükəsiz olmasını təmin edir.

Dövlət Dumasının müraciətinə cavab olaraq qeyd olunur ki, palma yağının uşaqların sağlamlığına zərərli olduğuna dair hələlik heç bir elmi dəlil əldə edilməyib.

Qeyd edək ki, hazırda İndoneziya palma yağının əsas tədarükçülərindən biridir.

Əli Babayev