DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

13 Dekabr 2025 10:22 (UTC+04:00)

Dekabrın 12-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 260, o cümlədən borclu şəxs qismində axtarışda olan 238 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.