İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib

13 Dekabr 2025 05:43 (UTC+04:00)

İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.

Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub.