İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi bəlli olub

12 Dekabr 2025 17:45 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında noyabr ayı üzrə ən yaxşı baş məşqçinin adı açıqlanıb.

SİA xəbər verir ki, mükafata “Çelsi”nin çalışdırıcısı Enzo Mareska layiq görülüb. London klubu ötən ay italiyalı mütəxəssisin rəhbərliyi altında 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə heç-heçə edib.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 15 oyundan sonra 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.