“Azadlıq Legionu” Pokrovski istiqamətində düşmənin arxasına girib...

12 Dekabr 2025 17:34 (UTC+04:00)

...Ukrayna Müdafiə Qüvvələri tərəfində döyüşən Rusiya “Azadlığı Legionu” rusların pilotsuz uçuş aparatı (PUA) üçün komanda məntəqəsini məhv edib.

Uğurlu əməliyyat hazırda ağır döyüşlərin getdiyi Pokrovsk sektorunda həyata keçirilib.

Bu barədə Legionun uğurlu əməliyyatın görüntülərini də dərc edən Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, əlverişli hava şəraitindən və relyef xüsusiyyətlərindən istifadə edən hərbçilər düşmən komanda məntəqəsinin yerləşdiyi əraziyə sakitcə yaxınlaşaraq ora atəş açıblar.

Əli Babayev