Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 12-də Türkmənistanda keçirilən forum çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşüb.
Onlar Ukraynadakı müharibəni müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə Hurriyet qəzeti məlumat yayıb.
Nəşr yazır ki, "Rusiya-Ukrayna münaqişəsinə gəldikdə, Ərdoğan onun həllinə ümid etdiyini bildirib və Türkiyənin atəşkəs və sülh üçün diplomatik təşəbbüslərə, xüsusən də İstanbul Prosesi çərçivəsində konkret dəstək verməyə hazır olduğunu təsdiqləyib".
Əli Babayev