Azərbaycanda maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulur.
SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Sözügedən qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən maliyyə institutuna təqdim edilməlidir.
Həmçinin, maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya rezidentlik statusunun dəyişdirilməsinə səqəq olan dəyişiklik üzrə məlumatların və sənədlərin 30 müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.