YAP-ın nümayəndələri Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTOLAR

12 Dekabr 2025 14:22 (UTC+04:00)

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA-nın verdiyi məlumata görə, Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.