Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Fəxri Xiyabana gedərək onun məzarını ziyarət ediblər. Şura üzvləri Ümummilli Liderin ölkənin inkişafı, dövlət quruculuğu və miqrasiya sahəsinin formalaşmasındakı əvəzsiz xidmətlərini böyük hörmət və ehtiramla xatırlayıblar.
Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.